Rüfət Tofiq oğlu Atakişiyev
İdarə Heyəti sədrinin müavini
Tərcümeyi-hal
Rüfət Tofiq oğlu Atakişiyev 1985-ci ildə anadan olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
2006–2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədrin köməkçisi, 2012–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində Xarici investisiyalar sektorunun müdiri, 2018–2020-ci illərdə KOBİA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Xarici ölkələrdə təşkil olunan təlim, seminar və kurslarda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin təşkilində iştirak edib.
6 fevral 2020-ci ildən KOBİA-nın İdarə Heyəti sədrinin müavinidir.
2019-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.
Təhsil
- 2001–2007 — Bakı Dövlət Universiteti, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi, bakalavr və magistr
- 2010–2013 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi, bakalavr
- Siyasi elmlər üzrə fəlsəfə doktoru