Emil Həsən oğlu Hüseynli
İdarə Heyəti sədrinin müavini
Tərcümeyi-hal
Emil Həsən oğlu Hüseynli 1975-ci ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1994-cü ildə “Xarabat” Kiçik Müəssisəsində İnformasiya şöbəsinin müdiri kimi başlayıb. 1994–1995-ci illərdə Ədliyyə Nazirliyinin Xüsusi şöbəsinin müvəkkili olub, 1996-cı ildə Azərbaycan Dəmiryolu Qovşaq Avtobazasında, 1997–1999-cu illərdə Qaradağ rayonunda bir neçə müəssisədə işləyib. 2005–2006-cı illərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük mütəxəssisi, 2006–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı departamentində məsləhətçi və Sahibkarlığın inkişafı siyasəti şöbəsində müxtəlif vəzifələrdə olub. 2009–2017-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib.
2018–2019-cu illərdə KOBİA-nın Kiçik və orta biznesin maraqlarının müdafiəsi departamentinin müdiri, 2019–2025-ci illərdə İdarə Heyəti sədrinin müşaviri olub. 6 mart 2025-ci ildən KOBİA-nın İdarə Heyəti sədrinin müavinidir.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Ailəlidir, iki övladı var.
Təhsil
- 2005 — Təfəkkür Universiteti, nəqliyyat tikintisi fakültəsi, bakalavr