Tərcümeyi-hal
Nicat İsmayılov 2017-ci ildən Azerconnect Group-da çalışır, hazırda Hüquq və Tənzimləmə Məsələləri üzrə Baş Müdirdir. 15 ildən çox peşəkar təcrübəsinin təxminən 10 ili telekommunikasiya sahəsində keçib.
Azerconnect Group-dan əvvəl “Azerfon” MMC (Nar) və “AzerTelecom” MMC-də dövlət orqanları ilə əlaqələr və hüquqi tənzimləmə üzrə müxtəlif vəzifələrdə işləyib. Hüquq sahəsində bir sıra beynəlxalq proqramlarda iştirak edib.
Təhsil
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu.