Tərcümeyi-hal
Rəşad Həsənli 2025-ci ilin oktyabrından Azerconnect Group-da Texnologiyalar üzrə Baş Müdirdir. İKT və telekommunikasiya sahəsində 20 ildən artıq yerli və beynəlxalq təcrübəsi var.
2007–2016-cı illərdə “Azerfon”da, 2016–2022-ci illərdə Azerconnect Group-da çalışıb; bu dövrdə 4G şəbəkəsinin qurulması, milli rouminq, nömrə daşınması və eSIM layihələrinə rəhbərlik edib. 2022–2024-cü illərdə Bəhreynin “BNET” şirkətində Şəbəkə Direktoru olub, 5G şəbəkələrinin qurulması, şəbəkələrin konsolidasiyası və sabit internet trafikinin təşkili layihələrini idarə edib.
Təhsil
- 2020 — Mançester Universiteti, biznesin idarə edilməsi (MBA), magistr