Tərcümeyi-hal
Orxan Sadıqov 2024-cü ildən Azerconnect Group-da İnformasiya Təhlükəsizliyi üzrə Baş Müdirdir. Qrupun kibertəhlükəsizlik strategiyasının hazırlanmasına rəhbərlik edir, informasiya sistemlərinin mühafizəsinə və dayanıqlığına nəzarət edir.
Təhlükəsizlik strategiyalarının hazırlanması və tətbiqi üzrə 15 ildən artıq təcrübəsi var; bunun 10 ildən çoxu informasiya təhlükəsizliyi, texnologiyaların idarə olunması və risklərin qiymətləndirilməsi sahəsində rəhbər vəzifələrdə keçib. Maliyyə və texnologiya sektorlarında bir sıra təşkilatlarda yüksək vəzifələr tutub.
Təhsil
- Bakı Dövlət Universiteti, kompüter elmləri, bakalavr
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Corciya Dövlət Universitetinin (ABŞ) birgə MBA proqramı, magistr
- ISACA CISM və digər beynəlxalq sertifikatlar