Əsas məzmuna keç
Özgür Genc

Özgür Genc

Baş icraçı direktor

Azerfon MMC (Nar)

Mənbə: banker.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Özgür Genc İKT və şəbəkə texnologiyaları da daxil olmaqla telekommunikasiya sahəsində 25 ildən çox təcrübəyə malikdir. Azərbaycanın “Azerconnect Group”, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2025-ci il oktyabrın 27-də “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru təyin olunduğu elan edilib. Bu vəzifədə Qunnar Pankeni əvəz edib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. İsveçrənin IMD Biznes Məktəbində “Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması” proqramını tamamlayıb.