Əsas məzmuna keç
Qunnar Panke

Qunnar Panke

Baş icraçı direktor

Bakcell

Mənbə: bakcell.com · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Qunnar Panke telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2017-ci ilin dekabrından 2025-ci ilədək “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru olub.

2026-cı il iyunun 8-də Bakcell onun şirkətin baş icraçı direktoru təyin olunduğunu elan edib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə və ENSPTT Universitetinin MBA dərəcəsinə malikdir. INSEAD (Fransa), Oksford Universiteti, London Biznes Məktəbi, IE (Madrid), ESMT (Almaniya) və Darden Biznes Məktəbində (ABŞ) rəhbərlik proqramlarını bitirib.