Tərcümeyi-hal
Pərviz İsmayılov 2025-ci ilin oktyabrından Azerconnect Group-da İnformasiya Texnologiyaları üzrə Baş Müdirdir. Telekommunikasiya və informasiya texnologiyaları sahələrində 26 ildən artıq yerli və beynəlxalq təcrübəsi var.
“Alcatel” şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb və bu dövrdə Rusiyada “Best”, “MTS” və “Beeline” şirkətlərinə göstərilən xidmətlərə cavabdeh olub. 2007–2018-ci illərdə “Azerfon” şirkətində rəhbər vəzifələrdə işləyib; sabit biznesin avtomatlaşdırılması, billinq sistemlərinin qurulması və mobil operatorların BSS sistemlərinin transformasiyası layihələrinə rəhbərlik edib.
Prezident İlham Əliyevin 5 dekabr 2024-cü il Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.