Ukrayna millisinin və “Arsenal” klubunun müdafiəçisi Aleksandr Zinçenko İspaniya çempionatına keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Esto es Atleti" portalı məlumat yayıb.
Məlumata görə, müdafiəçi ilə "Atletiko Madrid" maraqlanır.
İspaniyanın klubunun rəhbərliyi yay transfer pəncərəsində Zinçenkonun transferini rəsmiləşdirməyə hazırlaşır.
İspaniyalılar ukraynalıya görə 20 milyon avro ödəyəcək.
Bu mövsüm Aleksandr London komandasının heyətində 13 oyun keçirib, qol vurmayıb.
28 yaşlı müdafiəçinin "Arsenal"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.