Əsas məzmuna keç

Zəlzələ Xəbərdarlıq Sistemini necə aktiv etmək olar?

Zəlzələ Xəbərdarlıq Sistemini necə aktiv etmək olar?

Telefonlarda zəlzələ xəbərdarlıq sistemini necə aktiv etmək olar? Android və iPhone üçün addım-addım təlimat.

Telefonlarda Zəlzələ Xəbərdarlıq Sistemini necə etmək olar?

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün telefonda məkan aktiv olmalıdır.

Telefonda Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır.

“Samsung” telefonlarında:

1. Telefonda "Parametrlər"i açın və ekranı aşağıya sürüşdürün.

2. Növbəti ekranda "Yer" xanasını seçin.

3. İndi "Məkan Xidmətləri" xanasını seçin.

4. Ekranı aşağıya doğru sürüşdürün.

5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.

“Xiaomi” telefonlarında:

1. Telefonda "Ayarlar"ı açın və ekranı aşağıya doğru sürüşdürün.

2. Növbəti ekranda "Məkan" xanasını seçin.

3. İndi "Məkan Müraciəti" xanasını seçin.

4. Daha sonra “Məkan Xidmətləri” xanasını seçin.

5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…