Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya Ağ Qartal Ordenini geri göndərmək qərarı bu ölkədə kəskin etirazla qarşılanıb. Buna səbəb, rəsmi Varşavanın sözügedən addımı dövlət rəmzlərinə və iki ölkə arasındakı münasibətlərə qarşı hörmətsizlik kimi qiymətləndirməsidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Polşa Prezident Administrasiyası rəhbərinin rəsmi bəyanatına istinadən hazırlanan hesabatda yer alıb.
Məlumata görə, Polşa Prezident Administrasiyasının rəhbəri Angeşka Yendzak sosial media hesabı vasitəsilə yaydığı açıqlamada Ukrayna liderinin Polşanın ən ali dövlət mükafatı ilə bağlı atdığı bu addımı sərt şəkildə tənqid edib. Polşalı rəsmi, rəsmi Kiyevin bu qərarını açıq şəkildə "təhqir" adlandırıb.
Hesabatda qeyd olunur ki, Ağ Qartal Ordeninin geri qaytarılması qərarı iki müttəfiq ölkə arasındakı diplomatik və siyasi dairələrdə ciddi narazılığa və geniş müzakirələrə yol açıb.