Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Dondurulan İran aktivləri yalnız xalqın rifahı üçün istifadə olunmalıdır" - Vens

2 dəq
Paylaş:
"Dondurulan İran aktivləri yalnız xalqın rifahı üçün istifadə olunmalıdır" - Vens

-nin Vitse-prezidenti C.D. İranın aktivlərinin gələcəkdə açılması ilə bağlı açıqlama verərək, vəsaitlərin yalnız İran xalqının rifahına yönəldilməsinin vacibliyini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, C.D.Vens bu barədə İsveçrənin Buergenştok şəhərində keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Məlumata görə, ABŞ rəsmisi İran aktivlərinin dondurulmasının ləğvi halında pulların terrorizmin maliyyələşdirilməsinə deyil, birbaşa İran vətəndaşlarının ehtiyaclarının qarşılanmasına olunmasını təmin edəcək xüsusi mexanizmin yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Bildirilib ki, Vens belə bir prosesin həm ABŞ, həm də Qətər tərəfindən təsdiqlənəcəyini qeyd edib. Onun sözlərinə görə, İranın dondurulmuş və ya gələcəkdə açılacaq aktivlərinin istifadəsi üzərində hər iki ölkənin nəzarəti olacaq.

ABŞ Vitse-prezidenti əlavə edib ki, həmin Amerika istehsalı olan soya, qarğıdalı və buğdanın alınmasına yönəldilə bilər. O, bunun həm İran xalqının ərzaq təminatına, həm də ABŞ fermerlərinin gəlirlərinin artmasına xidmət edəcəyini vurğulayıb.

Vens bildirib ki, İran aktivlərinin açılması baş verərsə, bu vəsaitlər Amerika fermerlərini daha da zənginləşdirməyə və İran xalqının qidalanmasına sərf olunacaq. O, bu yanaşmanı “çox yaxşı və klassik Tramp razılaşması” kimi qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax