Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski: Putin III Dünya Müharibəsini başlatdı

2 dəq
Paylaş:
Zelenski: Putin III Dünya Müharibəsini başlatdı

“Zelenski Putini Üçüncü Müharibəsini başlatmaqda ittiham edib”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Vladimir Zelenski bu barədə "BBC News"a müsahibəsində bildirib.

Prezidenti Prezidenti Vladimir Putini Üçüncü Dünya Müharibəsini başlatmaqda günahlandıraraq, Rusiyanı geri çəkilməyə məcbur edə biləcək yeganə addımın və iqtisadi təzyiqin artırılması olduğunu deyib. O, Putinin, xüsusən də Ukrayna qoşunlarının strateji ərazilərdən çıxarılması ilə bağlı tələblərini yerinə yetirməyəcəklərini vurğulayıb.

Zelenski qeyd edib ki, “Putini bu gün dayandırmaq və onun Ukraynanı etməsinin qarşısını almaq bütün dünyanın qələbəsi olardı”. O, bütün Ukrayna ərazilərinin qaytarılmasının zaman məsələsi olduğunu bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, hazırda bu addımın atılması milyonlarla insanın itkisinə səbəb ola bilər, çünki qarşı tərəfin ordusu sayca daha çoxdur və Ukraynanın kifayət qədər silahı yoxdur. Onun sözlərinə görə, bu məsələ təkcə Ukraynadan deyil, həm də tərəfdaş ölkələrdən asılıdır.

Zelenski hələlik yenidən prezidentliyə namizəd olub-olmayacağına qərar vermədiyini də açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax