Əsas məzmuna keç

Trampın Mar-a-Laqo mülkünə girən silahlı şəxs öldürüldü

Trampın Mar-a-Laqo mülkünə girən silahlı şəxs öldürüldü

Məxfi Xidmət agentləri Palm Beach-də Austin Taker Martini zərərsizləşdirib. Ov tüfəngi ilə mülkə sızan şəxs kimdir? Hadisənin şok detalları və rəsmi açıqlama.

en ru

“Mar-a-Lago malikanəsinin təhlükəsiz zonasına daxil olan şəxs güllələnib”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, fevralın 22-də ABŞ Prezidenti Trumpın Mar-a-Lago malikanəsinin təhlükəsiz zonasına daxil olan şəxs Xidmət agentləri tərəfindən güllələnib.

Hadisənin Şimali Karolinadan olan 21 yaşlı rəssam Austin Taker Martin tərəfindən törədildiyi bildirilir. İddialara əsasən, o, Trampın mülkünün açıq qapılarından başqa bir ərazini tərk edərkən içəri daxil olub.

Palm Beach Police Department bəyan edib ki, təcavüzkara üzərində olan iki əşyanı – qaz balonunu və ov tüfəngini yerə atmaq əmri verilib. “Bu zaman o, qaz balonunu endirib və ov tüfəngini atəş mövqeyinə qaldırıb”, – deyə bildirib. Bundan sonra təhlükəsizlik agentləri təhlükəni zərərsizləşdirmək üçün atəş açıblar.

Austin Taker Martin hadisə yerində ölüb.

Amerika mediasının məlumatına görə, insident baş verən zaman və ailə üzvləri malikanədə olmayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…