Əsas məzmuna keç

"Onlar nə sülh, nə də müharibə vəziyyətindədirlər”

"Onlar nə sülh, nə də müharibə vəziyyətindədirlər”

Misir XİN rəhbəri Bədr Əbdül Ati Vaşinqton-Tehran dialoqunun çıxılmaz vəziyyətini şərh edib. SEPAH-ın rolu və regional gərginlik iqtisadiyyatı necə sarsıdır?

en ru

"Yaxın Şərq ABŞ və İran arasında aparılan danışıqların dalana dirənməsi fonunda getdikcə daha qeyri-sabit və gözlənilməz bölgəyə çevrilir".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Misirin naziri Bədr Ati deyib.

“Problem var. Gördüyünüz kimi, hazırda onlar nə , nə də müharibə vəziyyətindədirlər”, - nazir qeyd edib.

Əbdül Ati iki ölkə arasında danışıqların dalana dirəndiyini və bunun Yaxın Şərqi son dərəcə qeyri-sabit və gözlənilməz bölgəyə çevirdiyini deyib.

Onun sözlərinə görə, İran tərəfi anlaşma memorandumuna əməl etməyə hazır olduğunu bildirib.

Lakin Misirin xarici işlər naziri hesab edir ki, hazırda İranla danışıqları diplomatlardan daha çox SEPAH aparır.

Nazir vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Vaşinqtonla arasında münaqişənin həlli yollarının axtarışını davam etdirmək lazımdır.

Misirin xarici işlər naziri həmçinin bildirib ki, davam edən münaqişə, Hörmüz boğazının blokadaya alınması və Yəməndəki husilərin Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən Misir iqtisadiyyatı ciddi çətinliklərlə üzləşib.

Məlumat üçün bildirək ki, Misir ABŞ və İran arasında aparılan danışıqlarda vasitəçi ölkələrdən biridir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…