Əsas məzmuna keç

Regiondakı son hadisələri müzakirə etdilər

Regiondakı son hadisələri müzakirə etdilər

İshaq Dar və Bədr Əbdül-Ətti Donald Trampın Hörmüz boğazı tələbini müzakirə edib. Pakistan ABŞ və İranı danışıqlar masasına gətirmək üçün diplomatik həmlə edir.

en ru

Pakistanın naziri İshaq Dar bu gün misirli həmkarı Əbdül-Ətti ilə telefon danışı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, onlar regiondakı son hadisələri və prezidenti Trampın Hörmüz boğazının açılması üçün müəyyən etdiyi son tarixi müzakirə edib.

Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, liderlər gərginliyin azaldılması və dialoqun vacibliyini vurğulayıblar. Onlar vəziyyət inkişaf etdikcə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bədr Əbdül-Ətti həmçinin ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiven Uitkoff və İraqın xarici işlər naziri Fuad Hüseyn ilə də danışıb.

Misir Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, telefon danışıqları zamanı sürətlə dəyişən vəziyyət və ABŞ ilə İran arasında gərginliyin azaldılması üçün qarşılıqlı anlaşmaya nail olmaq səyləri müzakirə edilib.

Pakistan regional ölkələrin dəstəyi ilə ABŞ və İranı danışıqlar masasına gətirmək üçün diplomatik səylər göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…