Əsas məzmuna keç

Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın hava müdafiə zonasına daxil oldu

Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın hava müdafiə zonasına daxil oldu

Cənubi Koreya Baş Qərargahı Rusiyanın hərbi təyyarəsinin ölkənin Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasına (KADIZ) daxil olduğunu açıqlayıb.

en ru

hərbi təyyarəsi Cənubi Koreyanın hava məkanına yaxın ərazidə yerləşən Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasına (KADIZ) qısa müddətlik daxil olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, Baş Qərargahı insidentlə bağlı açıqlama yayıb.

Məlumata əsasən, Rusiya təyyarəsi ölkənin şərq istiqamətində yerləşən KADIZ ərazisinə daxil olduqdan qısa müddət sonra bölgəni tərk edib.

Cənubi Koreya tərəfi təyyarənin ölkənin hava məkanını pozmadığını bildirib. Bununla belə, təhlükəsizlik tədbirləri çərçivəsində Cənubi Koreya Hərbi Hava Qüvvələri bölgəyə döyüş təyyarələri göndərib.

Qeyd edək ki, Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasının (ADIZ) beynəlxalq hüquqda dəqiq müəyyən edilmiş statusu yoxdur və bu zonalar dövlətlər tərəfindən birtərəfli qaydada yaradılır.

ADIZ ölkənin suveren hesab edilmir. Lakin xüsusilə hərbi təyyarələrin bu zonalara daxil olması potensial təhlükə kimi qiymətləndirilə və qarşı tərəfin hərbi reaksiyasına səbəb ola bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…