Ukrayna hakimiyyət orqanları istilik mövsümünün başlanmasına qədər ölkəyə vətəndaşların enerji təchizatı ilə bağlı bir sıra problemləri həll etməyə kömək edəcək həllər hazırlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Biz istilik mövsümünü daha təhlükəsiz keçirməyimizə kömək edəcək və insanlara enerji təchizatı, çatışmazlıqlar və işıqların kəsilməsi baxımından bu çox çətin dövrdə yaşamaq üçün daha çox imkanlar verəcək həllər hazırlayırıq".
Ukrayna prezidenti əlavə edib ki, bu məsələdə Qərb müttəfiqlərinin köməyinə ümid edir.