Donald Tramp prezident seçilərsə onunla işləmək bir qədər çətin olacaq, amma biz artıq çətinliyə öyrəşmişik.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə deyib.
2022-ci ilin fevralından bəri davam edən müharibə ərzində Vaşinqton Kiyevə əlindən gələn hər şeyi edib deyən Zelenski, Bayden administrasiyasına təşəkkür edib.
Onun sözlərinə görə, ABŞ-Ukrayna əlaqələri və Vaşinqtonun Ukraynada davam edən münaqişəyə mövqeyi, müəyyən şəxslərdən asılı deyil və olmamalıdır.
O, ABŞ-də noyabr ayında keçiriləcək seçkilərdə kimin qələbə qazanmasından asılı olmayaraq birgə fəaliyyət göstərməyə və qarşılıqlı münasibətləri qoruyub saxlamağa ümid etdiyini deyib.
Donald Tramp əvvəlki açıqlamalarında, prezident seçiləcəyi təqdirdə Ukraynaya 1 qəpik də olsun vəsait ayırmayacağını və bu yolla müharibənin qısa müddətdə sonlanacağını açıqlamışdı.