Əsas məzmuna keç

Zelenski hərbi vəziyyəti 90 gün müddətinə uzadır

Zelenski hərbi vəziyyəti 90 gün müddətinə uzadır

Volodimir Zelenski ümumi səfərbərlik müddətinin 90 gün artırılması üçün Ali Radaya layihə təqdim etdi. Qərarın seçkilərə təsiri və sənədin mühüm detalları burada.

ru en

Prezidenti Volidimir Zelenski ölkədə hərbi vəziyyət və hərbi səfərbərliyin 4 maydan daha 90 gün müddətinə uzadılması barədə qanun layihələrini Ali Radaya təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ukrayna parlamentinin saytında yerləşdirilib.

Sənədlər baxılması üçün müvafiq komitəyə təqdim edilib, bundan sonra deputatların ümumi səsverməsinə çıxarılmalıdır.

Qeyd olunub ki, Ukraynada hərbi vəziyyət və ümumi hərbi səfərbərlik 24 fevral 2022-ci ildə elan edilib. Bu isə hərbi vəziyyətin 19-cu uzadılması olacaq.

Hərbi vəziyyət və hərbi səfərbərliyin davam edən uzadılması səbəbindən Ukraynada heç bir parlament, və ya yerli seçkilər keçirilməyəcək.

Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…