Operativ Məlumat Mərkəzi

Zelenski: "Biz qalib gələndə müharibə bitə bilər"

2 dəq
Paylaş:
Zelenski: "Biz qalib gələndə müharibə bitə bilər"

Avropa Siyasi Birliyinin (AST) Sammiti üçün qonşu ölkə Moldovaya gələn Ukrayna prezidenti Zelenski jurnalistlərə açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərin "müharibə nə vaxt bitəcək" sualına Zelenski: "Biz qalib gələndə müharibə bitə bilər. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün torpaqlarımızı tərk etməlidirlər",- deyə cavablayıb.

Əvvəllər təklif etdiyi sülh formulasına toxunan Zelenski bu məqsədlə sammitin çağırılması üzərində çalışdıqlarını bildirib: "Biz mümkün qədər çox ölkənin iştirakını istəyirik. Ona görə də hələlik tarix təyin etməmişik",- deyə o qeyd edib.

Vladimir Zelenskinin irəli sürdüyü 10 bəndlik sülh planına Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və Ukrayna sərhədlərinin bərpası daxildir."

Zelenski AST Sammiti zamanı bəzi liderlərlə danışıqlar aparacağını və bu görüşlərdə ölkəsinə “Patriot” raket sistemləri kimi hərbi dəstək verilməsini müzakirə edəcəyini bildirib.

Ölkəsinin AB və NATO üzvlüyü ilə bağlı "Gələcəyimizin AB-də olduğuna inanırıq. Ukrayna da NATO-ya üzv olmağa hazırdır. NATO-nun Ukraynanı da daxil etməsini gözləyirik. Rusiyanın Ukraynaya hücumu və Avropanın digər hissələrinə mümkün hücumlar. təhlükəsizlik zəmanətləri təkcə Ukrayna üçün deyil, həm də Moldova üçün vacibdir",- deyə Zelenski vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər