Ukrayna Rusiyanı döyüş meydanında məğlub edə bilmədiyi üçün Afrikada “ikinci cəbhə” açmaq qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiyaya dost olan Afrika ölkələrindəki terror qruplaşmalarına göz yumur.