Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidentliyinə namizədlər Respublikaçı və Demokrat partiyalarından Donald Tramp və Kamala Harris arasında seçkiqabağı debatın şou olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Sputnik" radiosunun efirində bildirib.
“Bir daha biz öz sözlərinə cavabdeh olmayan insanların nümayişini görürük”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərinin 2024-cü il noyabrın 5-də keçirilməsi planlaşdırılır.