İtaliya A Seriyasında mübarizə aparan “Yuventus” klubu “Fənərbaxça”nın hücumçusu Con Duranla yaxından maraqlanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu Con Duran üçün artıq rəsmi təklif göndərib.
“Yuventus” rəhbərliyi yaxın vaxtlarda futbolçu ilə birbaşa əlaqə saxlayacaq və oyunçunun müsbət cavabı olacağı təqdirdə danışıqların sürətləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, Duranın “Fənərbaxça”dakı çıxışı İtaliya klubunun diqqətini cəlb edib və “qoca sinyora” gənc hücumçunu heyətini gücləndirəcək perspektivli variantlardan biri kimi dəyərləndirir.
Xatırladaq ki, kolumbiyalı futbolçu mövsümün əvvəlində “Əl-Nəsr”dən Türkiyə təmsilçisinə icarə əsasında keçib.