Yunanistanda ölkə tarixində ən böyük qəzə baş verib

Yunanistanda ölkə tarixində ən böyük qəzə baş verib
02.03.2023 14:47
Aa
dəq

Ötən gün Yunanıstanın Larisa şəhərində ölkə tarixində ən böyük qatar qəzası baş verib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, 352 nəfərin olduğu sərnişin qatarı ilə yük qatarı üz-üzə toqquşub və qəzada 43 nəfər həyatını itirib.

Qəzadan sonra Yunanıstanın nəqliyyat naziri Kostas Karamanlis istefa ərizəsini təqdim edərək qeyd edib:

 "Belə bir faciəli hadisə baş verəndə heç nə olmamış kimi davam etmək mümkün deyil".

Yazılı bəyanatında o, vəzifəsindən istefa verdiyini və "qurbanların xatirəsini ehtiramla yad etmək üçün edə biləcəyi ən az şey olduğunu" bildirib. 

Karamanlis onu da vurğulayıb ki, dövlət "çoxdankı" səhvlərinə görə məsuliyyəti öz üzərinə götürür.

Polis Larisada stansiya rəisini ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham edərək həbs edib. Siqnallara cavabdeh olan 59 yaşlı rəis ittihamları rədd edib və qəzanın mümkün texniki xəta nəticəsində baş verdiyini deyib.

Həftənin ən çox oxunanları

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır
DAVAMIN OXU davamın oxu

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Dünyada yeni virus yayıldı - Yoluxanlar var

Dünyada yeni virus yayıldı - Yoluxanlar var
DAVAMIN OXU davamın oxu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu
DAVAMIN OXU davamın oxu

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb
DAVAMIN OXU davamın oxu