Yunanıstan Ukraynaya ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri (SAM) və Rusiyanın S-300-lərini göndərməyi planlaşdırmır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekununda keçirilən mətbuat konfransında baş nazir Kiryakos Mitsotakis deyib.
Yunanıstanın baş naziri, ölkənin Ukrayna ordusuna digər qısa mənzilli zenit sistemləri təhvil verdiyini bildirərək, "Yunanıstan Ukraynaya "Patriot" və ya S-300 sistemləri verməyəcək",- deyə bildirib.
Mitsotakis həmçinin təsdiqləyib ki, ölkə “Döyüşçü Koalisiyası” çərçivəsində Ukraynaya Amerika F-16 qırıcılarını göndərməyi planlaşdırmır.
O əlavə edib ki, Yunanıstanın məqsədi Ukraynaya özünü ən effektiv şəkildə müdafiə etmək imkanı verməkdir.