Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yol polisindən hava xəbərdarlığı

2 dəq
Paylaş:
Yol polisindən hava xəbərdarlığı

Baş Dövlət İdarəsi gözlənilən ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə idarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur.

Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, qaydalarına ciddi riayət etməyi xahiş edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax