Yasamalın bir hissəsində qaz verilişi təcili dayandırılıb

Yasamalın bir hissəsində qaz verilişi təcili dayandırılıb
10.04.2025 11:54
Aa
dəq

Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə 10.04.2025-ci il saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.

Qeyd olunub ki, Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MIDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həftənin ən çox oxunanları