Əsas məzmuna keç

Yasamalda şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub

Yasamalda şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub

Yasamal rayonu 158 nömrəli tam orta məktəbdə baş verən faciəli hadisədən sonra təhsil müəssisəsində şagirdlərin psixoloji vəziyyəti nəzarətə götürülüb.

en ru

Bakının rayonunda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri 225 nömrəli tam orta ümumtəhsil məktəbində olublar. Məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər də cəlb edilib. Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb, onlara zəruri psixoloji dəstək göstərilib.

Xatırladaq ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi məktəbin 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…