Yaponiyanın Baş naziri Fumio Kişida sentyabrın 6-7-də Seula səfər edəcək və Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ilə görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Qeyd edilib ki, liderlər bu ay Kişidanın istefası ərəfəsində ölkələr arasında əməkdaşlığı gücləndirmək səyləri ilə bağlı irəliləyişləri nəzərdən keçirəcək və tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi yollarını müzakirə edəcəklər.