Əsas məzmuna keç

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artır

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artır

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib....

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İşikava əyalətinin qubernatorluğu məlumat yayıb.

Açıqlamada təxminən 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 19 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb.

Hase zəlzələdən sonra evakuasiya edilənlərin gələcəkdə otellər də daxil olmaqla yaşayış yerlərinə daşınmasında yaşanan problemlərə görə ictimaiyyətdən üzr istəyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…