Əsas məzmuna keç

Ərbildə nə baş verir? 20-dən çox PUA necə məhv edildi?

Ərbildə nə baş verir? 20-dən çox PUA necə məhv edildi?

İraqın Ərbil əyalətində gərgin gecə: hava hücumundan müdafiə sistemləri dronları hədəfə çatmadan vurdu. Qubernator Omed Xoşnau son vəziyyət barədə danışdı.

en ru

Ötən gecə İraqın şəhərində kütləvi hücum cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə vasitələri hədəfə çatmağa çalışan 20-dən çox pilotsuz uçuş aparatını () vuraraq zərərsizləşdirib.

“Operativ Məlumat Mərkəzi-OMM” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı rəsmi açıqlamanı Ərbilin qubernatoru Omed Xoşnau verib. hücumlar nəticəsində insan itkisinin olmadığını xüsusi vurğulayıb.

"Hava hücumundan müdafiə sistemləri PUA-ların ələ keçirilməsi əməliyyatında iştirak edib. Bu isə hücumun tam şəkildə qarşısının alınmasına kömək edib", - deyə o bildirib.

Yerli mənbələrin məlumatına görə, Ərbil əyalətinin səmasında eşidilən partlayış səslərinin əsas səbəbi məhz dronların hədəflərinə çatmadan havada ələ keçirilməsidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…