Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nijnekamsk PUA hücumuna məruz qalıb: 10 ölü

2 dəq
Paylaş:
Nijnekamsk PUA hücumuna məruz qalıb: 10 ölü

Respublikasının şəhəri bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində və mülki obyektlərə ziyan dəyib. Rəsmi açıqlamada hadisə “düşmən PUA-larının növbəti qəddar hücumu” kimi qiymətləndirilib və insan tələfatının olduğu bildirilib.

“Shot” teleqram kanalının məlumatına görə, hücum nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Ölən və yaralananların dəqiq sayı hələlik rəsmi olaraq təsdiqlənməyib.

Qeyd edək ki, son günlər Rusiyanın müxtəlif bölgələrində PUA hücumları intensivləşib. Bir gün əvvəl Belqorod şəhərinə endirilən zərbələr nəticəsində 6 nəfərin öldüyü, Şebekino şəhərində isə bir müəssisəyə hücum zamanı 3 nəfərin yaralandığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax