Əsas məzmuna keç

Yaponiya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır

Yaponiya Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır

Yaponiyanın baş naziri Şiqeru İşiba ölkəsinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazır olduğunu bildirib. Bu barədə "Kyodo...

Yaponiyanın baş naziri Şiqeru İşiba ölkəsinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Kyodo News" agentliyi məlumat yayıb.

“Biz hüquqi normalarımız və imkanlarımız çərçivəsində nə edə biləcəyimizi və nə etməli olduğumuzu nəzərə alaraq öz rolumuzu layiqincə oynayacağıq”, - İşiba bildirib.

Agentlik qeyd edib ki, Konstitusiyası hərbi gücdən yalnız məqsədilə istifadə etməyə icazə verir, ölkənin xaricdəki fəaliyyətinə məhdudiyyətlər qoyur.

Yaponiyanın özünümüdafiə qüvvələri digər ölkələrdə sülhməramlı missiyalarda və piratlığa qarşı mübarizədə iştirak edir.

Xatırladaq ki, Fransa, Böyük Britaniya və Almaniya hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynada öz qoşunlarını yerləşdirmək planlarını açıqlayıb. Bu, avqustun 18-də Vaşinqtonda ABŞ prezidenti , Avropa ölkələrinin liderləri və prezidenti arasında görüş zamanı müzakirə edilən Ukrayna üçün təhlükəsizlik təminatlarının bir hissəsi olmalıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…