Əsas məzmuna keç

Zelenski Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir

Zelenski Yaponiya ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir

Ukrayna lideri Sanae Takaiçi ilə hərbi tərəfdaşlığı artırmaq niyyətindədir. Kiyev Tokiodan hava hücumundan müdafiə və silah ixracı üçün yeni addımlar gözləyir.

en ru

“ ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Zelenski Yaponiyanın Baş naziri Takaiçinin müdafiə ixracını genişləndirmək siyasətini alqışladığını qeyd edib və xüsusilə Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətini vurğulayıb. O, Takaiçinin bu sahədə “dialoq dəhlizi” açacağına ümid etdiyini bildirib.

Ukrayna lideri həmçinin Yaponiya hökumət başçısı ilə görüşmək istədiyini, bu görüşün beynəlxalq tədbir çərçivəsində və ya Yaponiyaya səfər zamanı baş tuta biləcəyini əlavə edib.

Qeyd olunub ki, Yaponiyanın mövcud qaydalarına əsasən, hərbi texnika yalnız ölümcül olmayan beş istiqamət – xilasetmə əməliyyatları, , xəbərdarlıq, müşahidə və mina təmizləmə sahələrində istifadə şərti ilə ixrac edilə bilər.

Tokio indiyədək Kiyevə yük maşınları da daxil olmaqla təxminən 100 ədəd Özünümüdafiə Qüvvələri texnikası, eləcə də bədən zirehləri, dəbilqələr, qış geyimləri, ərzaq payları, çadırlar, gigiyena vasitələri və elektrik generatorları göndərib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…