Əsas məzmuna keç

Yaponiya regional təhlükəsizlik təhdidləri fonunda hərbi gücünü artırır

Yaponiya regional təhlükəsizlik təhdidləri fonunda hərbi gücünü artırır

Rəsmi Tokio Rusiya, Çin və Şimali Koreyadan gələn təhdidləri əsas gətirərək müdafiə potensialını gücləndirmək qərarına gəlib.

en ru

hökuməti ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırdığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, rəsmi Tokio bu addımı Çin, və Şimali Koreyadan gələn təhdidlərlə əsaslandırır. Bildirilir ki, qərar ölkənin müdafiə strategiyasında ciddi dəyişikliklərdən xəbər verir.

Qeyd olunub ki, Yaponiya Müdafiə Nazirliyinin dərc etdiyi sonuncu "Müdafiə haqqında Ağ kitab" sənədində hərbi potensialın artırılması yalnız milli təhlükəsizliyin təmin edilməsi deyil, həm də üçün mühüm vasitə kimi qiymətləndirilir. Sənəddə silah istehsalının stimullaşdırılmasının ölkə iqtisadiyyatına müsbət təsir göstərə biləcəyi vurğulanıb.

Bildirilib ki, nazirliyin illik hesabatında müdafiə xərclərinin artırılmasının əsas səbəbləri sırasında strateji risklər, eləcə də Ukraynadakı müharibədən çıxarılan nəticələr göstərilir. Hesabatda dünyanın "yeni böhranlar dövrünə" daxil olduğu və Hind-Sakit okean regionunda vəziyyətinin getdikcə gərginləşdiyi qeyd edilib.

Xatırladılıb ki, bir müddət əvvəl ABŞ və Yaponiya silahlı qüvvələri Yaponiyanın Kyuşu adasında keçirilən "Resolute Dragon" adlı illik təlimlər zamanı mübahisəli ərazilərin müdafiəsi və ələ keçirilməsi ssenarilərini məşq ediblər. Təlimlərdə Avstraliya, Fransa və Filippin xüsusi təyinatlı qüvvələri müşahidəçi qismində iştirak edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…