Əsas məzmuna keç

Xulian Alvaresin agenti onun "Barselona"ya keçidi üzərində işləyir

Xulian Alvaresin agenti onun "Barselona"ya keçidi üzərində işləyir

Madridin "Atletiko" klubunun hücumçusu Xulian Alvaresin yay transfer pəncərəsində "Barselona"ya keçəcəyi iddia edilir.

en ru

Madridin "" klubunun hücumçusu Alvaresin növbəti yay pəncərəsində ""ya keçmək niyyətində olduğu bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc ulduz karyerasını Kataloniya təmsilçisində davam etdirməkdə maraqlıdır.

Kataloniyalıların transfer bazarındakı əsas prioritetlərindən biri mərkəz hücumçusu mövqeyini gücləndirməkdir.

Bu baxımdan, 26 yaşlı argentinalı futbolçu "Barselona" üçün ən cəlbedici variantlardan biri hesab olunur.

Oyunçunun agenti artıq öz müştərisinin yeni kluba keçidi üzərində fəal şəkildə işləyir.

Hazırda tərəflər arasında yekun razılaşmanın əldə olunması o qədər də asan görünmür.

Buna səbəb Madrid təmsilçisinin tələb etdiyi yüksək məbləğdir.

Qeyd edək ki, "Transfermarkt" portalı Xulian Alvaresin bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Hücumçunun "Atletiko" ilə mövcud müqaviləsi isə 2030-cu ilə qədər nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…