Əsas məzmuna keç

Xorvatiyanın yeni ulduzu: Luka Vuşkoviç dünya futbolunun gələcəyi kimi görülür

Xorvatiyanın yeni ulduzu: Luka Vuşkoviç dünya futbolunun gələcəyi kimi görülür

Cəmi 19 yaşında "Tottenhem"in diqqətini çəkən və Bundesliqada parlaq çıxışı ilə diqqət mərkəzində olan Luka Vuşkoviç, Xorvatiya millisinin müdafiə xəttində yeni liderə çevrilir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

milli komandası ənənəvi olaraq Modriç, İvan Perişiç və Mateo Kovaçiç kimi təcrübəli oyunçulara güvənsə də, komandada yeni nəsil dəyişikliyi artıq başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu dəyişikliyin ən simalarından biri 19 yaşlı mərkəz müdafiəçisi Luka Vuşkoviçdir.

Xorvatiya millisinin Zlatko Daliç gənc oyunçunu yüksək qiymətləndirərək, onu Joşko Qvardiolun layiqli davamçısı adlandırıb.

Vuşkoviç hələ 16 yaşında "Hayduk"un əsas heyətində debüt edərək Xorvatiya liqasının rekordlarını yeniləyib. Onun potensialı Avropa klublarının diqqətindən yayınmayıb və "" 2023-cü ildə futbolçunun transferini rəsmiləşdirib.

Lakin oyun təcrübəsi qazanması üçün o, əvvəlcə Belçikanın "Vesterlo", daha sonra isə Almaniyanın "Hamburq" klublarına icarəyə göndərilib.

Almaniyada keçirdiyi mövsüm Vuşkoviçin karyerasında dönüş nöqtəsi olub. 193 sm boya malik olan müdafiəçi Bundesliqada hava mübarizələrindəki üstünlüyü ilə (74,5% uğurlu hava dueli) rəqibləri üçün keçilməz səddə çevrilib.

Almaniya futbolunun əfsanəsi Lotar Matteus onun oyununu yüksək qiymətləndirərək bildirib:

"O, 18 yaşında olmasına baxmayaraq, meydanda böyük təcrübəyə malik bir futbolçu kimi davranır. Vuşkoviç sadəcə müdafiəçi deyil, həm də komandanın oyununu təşkil edə bilən liderdir".

Hazırda "Tottenhem"ə məxsus olan futbolçunun gələcəyi ilə bağlı müxtəlif iddialar səslənir. Məlumata görə, "Brayton" klubu gənc müdafiəçi üçün ciddi təklif irəli sürüb.

Vuşkoviçin özü isə daha çox oyun vaxtı qazanacağı və inkişaf edə biləcəyi bir mühitdə oynamaq istədiyini vurğulayır.

İnsayderlərin fikrincə, gənc oyunçunun uzunmüddətli hədəfi "Barselona" kimi nəhəng klubların heyətinə düşməkdir. Dünya çempionatında nümayiş etdirəcəyi oyunun onun bazar dəyərini daha da artıracağı gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…