Əsas məzmuna keç

Xınalıqda 15 santimetr qar yağıb – Faktiki hava

Xınalıqda 15 santimetr qar yağıb – Faktiki hava

Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) qar yağıb. Bu barədə...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, , Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) yağıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 6-sı saat 9:00-a olan məlumatda qeyd olunub.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Xınalıq, Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 sm-dir.

Ölkə ərazisində yağıntılı və küləkli müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Bakıda və yarımadasında düşən yağıntının miqdarı Bakıda 6, Maştağada 5, Binə, Ələt, Sumqayıtda 3 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarına gəldikdə, Astarada 39, Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam, Beyləqanda 18, Zərdab, Altıağacda 17, Qobustan, Kürdəmir, Sarıbaşda (Qax) 16, Saatlıda 15, Sabirabad, Gədəbəydə 14, Göyçayda 13, Qəbələ, Tovuzda 12, İmişli, Tərtərdə 11, Bərdə, İsmayıllıda 10, Göygöldə 9, Şabran, Sədərək, Gəncə, Şahbuzda 8, Ağstafa, Şəmkir, Naxçıvanda 7, Naftalan, Cəlilabad, Lerik, Yardımlıda 6, Kişçay (Şəki), Biləsuvar, Şərur, Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala, Daşkəsən, Balakən, Ordubad, Şirvan, Goranboy, Oğuz, Ağsu, Culfa, Neftçala, Cəbrayılda 1-5 mm-dir.

Noyabrın 5-də bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə 16 m/s-dək güclənib.

Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Sabirabad, İmişli, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hava proqnozu

12° Bakıda indiArabir yağış
  1. Bu gün Arabir yağış 14° 11° yağış 80%
  2. Sabah Arabir yağış 17° 13° yağış 74%
  3. Birisi gün Arabir yağış 15° 10° yağış 85%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…