XİN: "Ermənistanın qaldırdığı növbəti iddialar tamamilə əsassız və absurddur"

XİN: "Ermənistanın qaldırdığı növbəti iddialar tamamilə əsassız və absurddur"
30.09.2023 11:39
Aa
dəq

Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyini, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir.

Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkçə bu il ərzində Ermənistan bu məhkəməyə artıq 3-cü dəfədir müraciət edir. Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi 3 vəsatətdən 2-si rədd edilib, 1 məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib.

Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu