“Beynəlxalq Mina Maarifləndirilməsi Günü ayrı-seçkilik olmadan minaları yerləşdirən və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsini nəzərdə tutur”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter paylaşımında qeyd olunub.
Bildirilib ki, minaların yaratdığı insan tələfatına son qoyulmalıdır.
Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.