Əsas məzmuna keç

XİN başçısı: Azərbaycanla Litva arasında 7 sənəd üzərində iş aparılır

XİN başçısı: Azərbaycanla Litva arasında 7 sənəd üzərində iş aparılır

Azərbaycanla Litva arasında 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu...

en ru tr

Azərbaycanla arasında 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Azərbaycanın naziri Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.

O, iki ölkə arasında 45 sənədin mövcud olduğunu, daha 7 sənəd üzərində iş aparıldığını qeyd edib:

"Bugünkü görüş zamanı iqtisadi-ticarət sahəsində də fikir mübadiləsi apardıq. Qənaət budur ki, hazırkı dövriyyəsi qənaətbəxş deyil, potensialımız daha yüksəkdir. Bəlli baxışımız odur ki, bu istiqamətdə lazımi addımlar atılacaq. İki ölkə arasında yaxşı müqavilə-hüquq bazası mövcuddur. Ölkələrimiz arasındakı münasibətlərin müxtəlif sahələrini əhatə edən 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır. Yaxın zamanda onların tamamlanmasının və qüvvəyə minməsinin şahidi olacağıq".

C.Bayramov bildirib ki, litvalı həmkarı ilə bir qrup şirkət rəhbəri də Bakıya gəlib və sabah keçiriləcək iki ölkə arasında biznes forum qarşılıqlı əməkdaşlıq üçün çox önəmlidir:

"Biz iki dövlətin əlaqələndirici qurumları olaraq, iş adamları arasında əlaqələrin yüngülləşdirilməsinə dəstək üçün lazımi mexanizmləri də müzakirə etməyi razılaşdıq. Sabah baş tutacaq biznes forumda daha ətraflı danışmaq imkanımız olacaq. Ölkəmizdə mövcud olan biznesin perspektivli sahələri barədə faydalı məlumatların təqdim edilməsi olduqca önəmlidir".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…