Əsas məzmuna keç

XIII Qlobal Bakı Forumu başlayıb

XIII Qlobal Bakı Forumu başlayıb

Gülüstan sarayında Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi tədbirə start verildi. 400 lider martın 14-dək təhlükəsizlik və beynəlxalq hüququ müzakirə edəcək.

ru en

XIII Qlobal Bakı Forumu başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tədbirin açılış mərasimi sarayında keçirilir.

Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.

Nizami Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Forum martın 14-dək davam edəcək.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal , güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…