Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Xarici KİV-in məlumatına görə, tərəflər arasında keçirilən görüşün detalları barədə hələlik rəsmi açıqlama verilməyib.
Pakistanın Baş naziri Çinə səfəri çərçivəsində həmkarı Li Qianqla da danışıqlar aparıb. Görüşlərdə Yaxın Şərqdəki vəziyyət də diqqət mərkəzində olub. Çin tərəfi Pakistanla birlikdə regionda sülh və sabitliyin bərpası istiqamətində səylər göstərəcəyini bəyan edib. Eyni zamanda, Pakistanın münaqişə tərəflərini danışıqlar masasına dəvət etmək üçün yeni təşəbbüslər irəli sürdüyü qeyd olunub.