ABŞ Yaxın Şərqdəki gərginlik fonunda 2026-cı ilin mart ayında rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin aylıq hesabatında bildirilib.
Məlumata görə, mart ayında ABŞ ümumilikdə 573,5 milyard kub fut (16,2 milyard kubmetr) LNG ixrac edib. Bu göstərici fevral ayı ilə müqayisədə 16 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 25 faiz çoxdur.
Hesabatda qeyd olunur ki, rekord göstəriciyə "Venture Global" şirkətinin Luizianadakı "Plaquemines" zavodunun genişləndirilməsi, həmçinin "Sabine Pass" və "Corpus Christi" terminallarından daşınmaların artırılması hesabına nail olunub. Mart ayında ümumilikdə 188 LNG tankeri yola salınıb.
Avropa ABŞ LNG-si üçün əsas bazar olaraq qalır. Belə ki, ümumi ixracın təxminən 62 faizi Avropa ölkələrinin payına düşüb. Ən böyük idxalçılar sırasında Fransa, Niderland, Misir, İspaniya və İtaliya yer alıb. Bu ölkələr ABŞ-nin ümumi LNG tədarükünün 48,4 faizini təşkil edib.
Eyni zamanda, Asiyaya LNG ixracında da ciddi artım qeydə alınıb. Mart ayında Asiyanın payı fevraldakı 14,5 faizdən 24,4 faizə yüksəlib. Mütəxəssislər bunu Yaxın Şərq böhranı və Qətər ilə BƏƏ-dən LNG daşımalarının azalması ilə əlaqələndirirlər.
Qalan LNG həcmlərinin isə Latın Amerikası və Afrika ölkələrinə göndərildiyi bildirilib.