Çin sədri Si Cinpin Pekində Pakistanın baş naziri Şahbaz Şərifi qəbul edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, görüşlə bağlı hələlik heç bir məlumat açıqlanmayıb.
Pakistanın baş naziri Si Cinpinlə görüşməzdən əvvəl Çinin Baş naziri Li Qianq ilə danışıqlar aparıb.
Çin bildirib ki, Pakistanla birlikdə Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərpasına müsbət töhfələr vermək üçün çalışacaq.
Qeyd olunub ki, Pakistan hər iki tərəfi danışıqlar masasına gətirmək üçün yeni addımlar atır.