Xətaidə açıq ərazidə baş verən yanğın tam söndürülüb - YENİLƏNİB

Xətaidə açıq ərazidə baş verən yanğın tam söndürülüb - YENİLƏNİB
04.08.2023 17:21
Aa
dəq

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.

16:58

Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayot Hikmət Abbasov deyib.

O, hazırda məhdudlaşdırılan yanğınla bağlı bəzi detalları açıqlayıb.

Xidmət rəisi deyib ki, saat 14:14 radələrində yanğınsöndürmə hissəsinə ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub, saat 14:21-də Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və şəxsi heyəti yanğın olan əraziyə çatıb.

Onun sözlərinə görə, hadisənin çətinliyi, havanın küləkli olmasını nəzərə alaraq tərəfimizdən iki nömrəli yüksək çağırış elan olunub və Bakı qarnizonun əsas qüvvələri hadisə yerinə cəlb olunub.

H.Abbasov hazırda ərazidə 15-dən artıq texnika və 80-ə yaxın şəxsi heyətin yanğının söndürlüməsində iştirak etdiyini açıqlayıb.

Xidmət rəisi bildirib ki, yüksək gərginli 35 min kilovatlıq elektrik xəttinin ərazidən keçməsi yanğının söndürülməsi işlərini çətinləşdirib.

O, həmin xətlərin mühafizə olunduğunu bildirib.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu