Əsas məzmuna keç

Bakının Xətai rayonunda restoranda yanğın olub

Bakının Xətai rayonunda restoranda yanğın olub

8 Noyabr prospektindəki iaşə obyektinin mətbəxi alovlara təslim olub. FHN əməkdaşlarının müdaxiləsi ilə böyük təhlükənin qarşısı alınıb. Xəsarət alanlar varmı?

en ru

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının rayonu, 8 Noyabr prospektində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 440 olan restorana məxsus mətbəxdə baş vermiş yanğının genişlənməsinin və obyektin digər hissələrinə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı mətbəxin 16 kvadratmetrlik sahəsinin 4 kvadratmetri üzrə taxta üzlüyü, həmçinin dam örtüyünün yanar konstruksiyaları 6 kvadratmetr sahədə yanıb. Mətbəxin böyük hissəsi və restoran yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının başvermə səbəbləri araşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…