Əsas məzmuna keç

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Bakının Qaradağ rayonunda yerləşən 100 kv.m-lik obyektə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri alovun yayılmasının qarşısını alıb.

en ru

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə şəhəri, rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100 olan anbarda baş vermiş yanğın genişlənərək bitişik yerləşən digər anbarlara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Xəsarət alan olmayıb.

Digər anbarlar yanğından mühafizə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…