Əsas məzmuna keç

Səngəçalda yük maşınları toqquşdu: Ölən var

Səngəçalda yük maşınları toqquşdu: Ölən var

Qaradağda yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə...

en ru tr

Qaradağda yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın rayonu, qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın həyatını itirərək deformasiyaya avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1993-cü il təvəllüdlü Rəmzi Savet oğlunun meyitini deformasiyaya uğramış vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…